Avstraliya-2023: Üçüncü sərbəst yürüşlər

Dünən GPS problemi, yağış və qırmızı bayraqlar ardıcıl uzun dövrələr vurmağa imkan vermədiyindən bugünkü məşqlərin əhəmiyyəti artıb.

F-1.az bildirir ki, yağış rezin qatını yuduğundan, sürücülər trasın çox sürüşkən olmasından şikayətləniblər. Bu dəfə əsas problem tıxac olub. Hətta Rassell Strolla yol vermək üçün trasdan çıxmalı olub.

Maqnussen 30-cu dəqiqədə asfaltdan çıxsa da, hərəkətini davam etdirib. Yarım saaatı az keçmiş bir neçə dəqiqəlik qırmızı bayraqlar dalğalanıb. Buna səbəb AlphaTauri-nin maşınlarından birindən qopan karbon parçası olub.

Peres sessiya boyu əyləcləri tənzimləyə bilməyib və bir neçə dəfə trasdan çıxmalı olub. Daha sonra Çjou ikinci döngədə yerində fırlanıb. Sessiyanın bitməsinə 5 dəqiqə qalmış isə yağış başlayıb. Sürücülər yollarına sliklərlə davam ediblər. Peresin maşını pit çıxışında dayanıb və mexaniklər onu geri aparıblar.

Ən yaxşı nəticə Maks Ferstappendən gəlib – 1:17.565. İlk 12 sürücünün nəticəsi 1 saniyənin içində olub. Bizi poul uğrunda gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:17.565 24
2 14 Fernando Alonso Aston Martin 1:17.727 + 0:00.162 25
3 31 Esteban Okon Alpine 1:17.938 + 0:00.373 22
4 63 Corc Rassell Mercedes 1:17.955 + 0:00.390 23
5 10 Pyer Qasli Alpine 1:18.094 + 0:00.529 21
6 11 Serxio Peres Red Bull 1:18.123 + 0:00.558 18
7 55 Karlos Sayns Ferrari 1:18.127 + 0:00.562 28
8 44 Lyuis Həmilton Mercedes 1:18.138 + 0:00.573 25
9 18 Ləns Stroll Aston Martin 1:18.198 + 0:00.633 22
10 24 Quanyu Çjou Alfa Romeo 1:18.330 + 0:00.765 20
11 27 Niko Hülkenberq Haas 1:18.410 + 0:00.845 23
12 23 Aleksander Elbon Williams 1:18.553 + 0:00.988 21
13 16 Şarl Lekler Ferrari 1:18.691 + 0:01.126 27
14 81 Oskar Piastri McLaren 1:18.713 + 0:01.148 21
15 77 Valtteri Bottas Alfa Romeo 1:18.809 + 0:01.244 24
16 22 Yuki Tsunoda AlphaTauri 1:18.901 + 0:01.336 21
17 2 Loqan Sarcent Williams 1:18.947 + 0:01.382 20
18 20 Kevin Maqnussen Haas 1:19.056 + 0:01.491 25
19 21 Nik de Friz AlphaTauri 1:19.092 + 0:01.527 23
20 4 Lando Norris McLaren 1:19.146 + 0:01.581 12
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*