Bəhreyn-2020: Birinci sərbəst yürüşlər

Bəhreyndə əsas sessiyalar axşam süni işıqlar altında baş tutduğundan, komandalar ilk və üçüncü məşqləri növbəti mövsüm üçün nəzərdə tutulan detalları sınaqdan keçirməyə sərf edirlər.

F-1.az bildirir ki, Robert Kubitsa Kimi Rəykkönenin maşınının sükanı arxasına keçib, Roy Nissani isə Corc Rasselli əvəz edib. Pirelli bu sessiyadan növbəti mövsümün prototiplərini yoxlamaq üçün istifadə edib. Bütün sürücülərə 2021-ci ilə aid 2 dəst C3 tərkibli təkər verilib və hər birinə bu təkərlərlə minimum 6 dövrə vurmaq tələbi qoyulub.

Asfalt tozlu olduğundan, sürücülər bir neçə dəfə sürüşərək trasdan çıxıblar. Qrojan, Ferstappen və Lekler yerində fırlandığı üçün bir neçə dəfə sarı bayraqlar dalğalanıb. Maksın avtomobilinin altlığı zədələnib və o, sessiyanı vaxtından tez başa vurub. Sessiya boyunca trasın hüdudlarının pozulmasına görə 17 nəticə ləğv edilib.

Ən sürətli dövrəni Lyuis Həmilton vurub – 1:29.033. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:29.033 40
2 77 Valtteri Bottas Mercedes AMG 1:29.482 + 0:00.449 41
3 11 Serxio Peres Racing Point 1:30.000 + 0:00.967 31
4 55 Karlos Sayns McLaren 1:30.018 + 0:00.985 31
5 10 Pyer Qasli AlphaTauri 1:30.049 + 0:01.016 34
6 33 Maks Ferstappen Red Bull 1:30.294 + 0:01.261 18
7 23 Aleksander Elbon Red Bull 1:30.302 + 0:01.269 34
8 31 Esteban Okon Renault 1:30.384 + 0:01.351 28
9 18 Ləns Stroll Racing Point 1:30.426 + 0:01.393 30
10 3 Daniel Rikkardo Renault 1:30.508 + 0:01.475 30
11 16 Şarl Lekler Ferrari 1:30.589 + 0:01.556 29
12 5 Sebastyan Fettel Ferrari 1:30.628 + 0:01.595 24
13 88 Robert Kubitsa Alfa Romeo 1:30.732 + 0:01.699 24
14 8 Roman Qrojan Haas 1:30.832 + 0:01.799 28
15 20 Kevin Manqussen Haas 1:30.854 + 0:01.821 29
16 99 Antonio Covinatsi Alfa Romeo 1:30.896 + 0:01.863 27
17 26 Daniil Kvyat AlphaTauri 1:31.020 + 0:01.987 37
18 4 Lando Norris McLaren 1:31.392 + 0:02.359 27
19 6 Nikolas Latifi Williams 1:32.472 + 0:03.439 29
20 40 Roy Nissani Williams 1:32.801 + 0:03.768 27
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*