İtaliya-2020: Üçüncü sərbəst yürüşlər

Dünən heç də hamı az asfaltayatma qüvvəsi ilə düzgün saxlanmaları tapmağa nail ola bilməyib. Bugünkü məşqdə diqqətlər yenə də məhz buna yönəldilib.

F-1.az bildirir ki, artıq bu həftəsonundan etibarən sürücülər sevimli “bayram rejimi”-dən məhrum olublar. Buna görə də, hamıya güc nisbətlərinin necə olacağı maraqlıdır. Komandalar güc və etibarlılıq arasında düzgün uzlaşmanı tapmalıdırlar.

Dünənki məşqlərdə hadisələr çox olsa da, bu sessiya sakit keçib. Sona 10 dəqiqə qalmış Rikkardo motordakı problemə görə dayanmalı olub. Qırmızı bayraqlar dalğalanıb və sürücülər bokslara qayıtmalı olublar. Bir qədər sonra restart verilsə də, vaxt tamamlanıb.

İlk məşqlərdə olduğu kimi, bu dəfə də Valtteri Bottas hamıdan üstün olub – 1:20.089. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:20.089 14
2 55 Karlos Sayns McLaren 1:20.318 + 0:00.229 14
3 4 Lando Norris McLaren 1:20.412 + 0:00.323 15
4 3 Daniel Rikkardo Renault 1:20.419 + 0:00.330 9
5 44 Lyuis Həmilton Mercedes AMG 1:20.439 + 0:00.350 11
6 33 Maks Ferstappen Red Bull 1:20.456 + 0:00.367 15
7 23 Aleksander Elbon Red Bull 1:20.563 + 0:00.474 15
8 31 Esteban Okon Renault 1:20.693 + 0:00.604 13
9 18 Ləns Stroll Racing Point 1:20.804 + 0:00.715 14
10 11 Serxio Peres Racing Point 1:20.897 + 0:00.808 13
11 16 Şarl Lekler Ferrari 1:20.917 + 0:00.828 11
12 10 Pyer Qasli AlphaTauri 1:20.936 + 0:00.847 14
13 26 Daniil Kvyat AlphaTauri 1:20.953 + 0:00.864 13
14 8 Roman Qrojan Haas 1:21.205 + 0:01.116 14
15 5 Sebastyan Fettel Ferrari 1:21.263 + 0:01.174 13
16 20 Kevin Maqnussen Haas 1:21.436 + 0:01.347 15
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:21.459 + 0:01.370 15
18 63 Corc Rassell Williams 1:21.677 + 0:01.588 16
19 6 Nikolas Latifi Williams 1:21.764 + 0:01.675 15
20 99 Antonio Covinatsi Alfa Romeo 1:22.090 + 0:02.001 15
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*