23 Avqust 2019, Cümə - 02:18

ABŞ-2017: Birinci sərbəst yürüşlər

ABŞ-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:42 - 20 Oktyabr, 2017

Ostində cümə günü səhər hava dumanlı olub, tras isə yağışdan sonra qurumayıb. Sürücülər sessiyaya keçid təkərləri ilə başlayıblar. Fettel və Eriksson ilk dövrələrinə Halo sistemi ilə çıxıblar, sonra isə adi konfiqurasiyaya qayıdıblar.

F-1.az bildirir ki, ilk sessiyada Daniil Kvyatı Şon Gelael, Paskal Verlyaynı isə Şarl Lekler əvəzləyib. Karlos Sayns ilk dəfə Renault ilə rəsmi sessiyada iştirak edib, Super Formula seriyasında yarışan Pyer Qaslininin maşını isə Ostində Brendon Hartliyə tapşırılıb.

Tras nəm olsa da, ciddi insident baş verməyib. Rikkardo və Okon yerində fırlanıblar, Gelael isə trasdan çıxıb, lakin maşınlara zərər dəyməyib. Alonso bu dəfə hidravlik sistemdə problem yaşayıb. İspan sürücü üç dövrə vurduqdan sonra maşını mexaniklərə çatdırıb və sessiyanın böyük hissəsini boksda keçirməli olub.

Asfalt tədricən qurumağa başlayıb və sürücülər startdan yarım saat sonra sliklərə keçməyə başlayıblar. Lakin son sektor sürüşkən olub və komandalar qısa fasilə veriblər. Daha sonra isə proqramları üzrə işləməyə davam ediblər. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:36.335. Ən böyük məsafəni isə debütant Hartli qət edib. İkinci sessiya Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:36.33518
25Sebastyan FettelFerrari1:36.928+ 0:00.59320
377Valtteri BottasMercedes AMG1:36.979+ 0:00.64410
433Maks FerstappenRed Bull1:37.339+ 0:01.00421
52Stoffel VandornMcLaren1:37.352+ 0:01.01726
619Felipe MassaWilliams1:37.570+ 0:01.23523
77Kimi RəykkönenFerrari1:37.598+ 0:01.26320
831Esteban OkonForce İndia1:37.808+ 0:01.47325
911Serxio PeresForce İndia1:37.861+ 0:01.52620
1055Karlos SaynsRenault1:38.093+ 0:01.75824
1120Kevin MaqnussenHaas1:38.408+ 0:02.07316
1218Ləns StrollWilliams1:38.534+ 0:02.19925
1327Niko HülkenberqRenault1:38.904+ 0:02.56919
1439Brendon HartliToro Rosso1:39.267+ 0:02.93228
158Roman QrojanHaas1:39.336+ 0:03.00117
163Daniel RikkardoRed Bull1:39.366+ 0:03.03114
1738Şon GelaelToro Rosso1:40.406+ 0:04.07125
189Markus ErikssonSauber1:40.448+ 0:04.11319
1937Şarl LeklerSauber1:40.828+ 0:04.49325
2014Fernando AlonsoMcLaren4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 697
Teqlər , , , , , ,
Paylaş

logo