P.Lou komandasının performansından narazıdır

Mercedes komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Meksikadakı start-finiş düzlüyünün uzun olması onların xeyrinə olsa da, Red Bull-un performansı onlar üçün qeyri-müəyyən olaraq qalır...

F-1.az xatırladır ki, Mercedes bu mövsüm 18 yarışdan 16-nı qazanıb, amma Lou düşünür ki, komandası bu mövsüm gözləntiləri tam olaraq qarşılamayıb: “Proqnoz vermək istəmirəm. Bu mövsüm işlər bizim üçün həmişə yaxşı getmədi və Red Bull da bizimlə oxşar vəziyyətdədir. Mən bu barədə maraqlı yazılar oxudum.

Hər yarışa ayrı-ayrılıqda fokuslanmalıyıq və həftəsonu yarışdan maksimumu çıxarmalısınız. Meksika yüksəklik fərqinə görə qeyri-adi traslardan biridir. Orada mühərrik və aerodinamikanın işləmə aralıqları fərqlidir.

Keçənilki yarış həyəcanlı keçmişdi. Azarkeşlərin marağına görə mövsümün ən yaxşı yarışı idi. 90-cı illərin əvvəllərində də belə idi. Oraya yenidən getmək mükəmməldir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*