T.Volff: “Fettelə inanıram”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Sebastyan Fettel son dövrlər pis performans göstərsə də, çox güclü sürücüdür.

F-1.az xatırladır ki, Lekler son iki yarışda ardıcıl qələbələr qazansa da, Fettel cəmi 12 xal toplaya bilib. Almaniyalı sürücünün İtaliyada yerində fırlanması və Strolla çırpılmasından sonra əksəriyyət Fettelin göndərilməsini istəyir. Toto Volff isə belə düşünmür: “Onu silib atmayın. O, dördqat Dünya Çempionudur. Yaxşı sürücülərlə böyük sürücülər arasında fərqlər var. Böyük sürücülər yenidən geridönüş edə bilirlər. Fettel bunu bacaracaq. Mən inanıram. Pis dövrlər keçirir. Görək geridönüş edə biləcəkmi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*