L.Stroll: “Vilnöv ciddiyə alınası adam deyil”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Jak Vilnövün test sürücüsü Robert Kubitsa ilə bağlı dediklərinə qulaq asmır.

F-1.az xatırladır ki, 1997-ci ilin Dünya Çempionu Robert Kubitsanın builki Williams bolidinin inkişafını sabotaj etdiyini demişdi.

Ləns Stroll: “Belə hekayənin olduğundan xəbərdar deyildim. Onun şərhlərini oxumamışam. Buna görə heç nə deyə bilmərəm. Keçən il haqqımda ən pis debütant deyirdi, amma bir dəfə podiuma yüksəlmişdim. Birinci cərgədən başladım, 40 xal yığdım və 16 il təcrübəsi olan komanda yoldaşıma cəmi 3 xal uduzdum. Buna görə də Jakın dediklərini ciddiyə almıram. Bundan vacib işlərim var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*