D.Hill: Red Bull çempiondur

Formula1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill düşünür ki, Red Bull artıq builki çempionluğu təmin edib.

F-1.az xatırladır ki, Red Bull bu il keçirilən 3 yarışda da rahatlıqla qalib gəlib.

Deymon Hill: “Red Bull çempionatda demək olar qalib gəlib. Artıq gələcəyi düşünə bilərlər. Büdcə limitində bütün pulu builki maşına xərcləməlisən deyə qayda yoxdur. Buna görə qalan pulu gələnilki maşına yatıra bilərlər. Düzdür, rəqibləri mövsümün sonunda Red Bull-u udmaq üçün resurslarını ağılsızca tükədə bilər. Bunun necə nəticələnəcəyini bilmirik. Ancaq Aston Martin mövsümün sonunda qalib gələ bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*