Red Bull-un yeni idarəetmə strukturu təsdiqlənib

Red Bull Racing və AlphaTauri komandalarının sahibi olan enerji içkisi istehsalçısının başçısı Dieter Mateşiçin ölümündən sonra şirkətin idarəetməsində dəyişikliklər edilib.

F-1.az xəbər verir ki, Red Bull-un strateji və əməliyyat məsuliyyəti əvvəlki kimi bir nəfərin yox, 3 nəfərin üzərdində olacaq. Bu barədə Dieterin oğlu Mark Mateşiç idarə heyətinə məktub göndərib. Məktubda yeni qərarın tailandlı şəriklər tərəfindən də dəstəkləndiyi bildirilib.

Bundan sonra şirkətin Direktorlar Şurasına Frants Uatslavik (icraçı direktor), Aleksandr Kirxmayr (maliyyə direktoru) və Oliver Minstlaff (Korporativ Layihələr və İnvestisiyalar üzrə baş direktor) daxil olacaqlar.

Mark Mateşiç: “Frants, Kirxmayr və Oliver bizim arzuladığımız komandanı təşkil edirlər. Onların bu vəzifəni öhdələrinə götürmələrinə görə çox şadam”.

Bundan sonra şirkətin F1 komandaları reklam fəaliyyətləri barədə Minstlaffa, büdcə və xərclər məsələsinə görə isə Kirxmayra hesabat verəcəklər.

Qeyd edək ki, Minstlaff əvvəl Puma-da çalışıb, son illərdə isə Red Bull-un sahibi olduqu RB Leipzig futbol klubunun idarə heyətinin sədri, eyni zamanda da şirkətin futboldakı bütün layihələrinə cavabdeh şəxs kimi fəaliyyət göstərib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*