S.Peres: Zərəri minimuma endirdik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Mazepin və Norrislə yaşadığı insidentlərə görə 6-cı yeri əldən verib.

F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda 16-cı olsa da, yeni mühərriyə keçərək yarışa pit yolundan başlayıb və yekunda 8-ci yeri tutub.

Serxio Peres: “Zərəri minimuma endirdik. İndi əlimizdə yeni motor var və cəzanı buna görə aldıq. İndi sadəcə önümüzə baxmalı və Montsadakı yarışa güclü formada qayıtmağa çalışmalıyıq.

Yarışda altıncı ola biləcəyimi düşünürdüm. Buna görə də nəticə məyusedicidir. Lando mənə çırpılanda bolidin sağında çox zədə yarandı. O təmas yersiz idi. Yerim az idi və toxunduq. Ondan sonra boliddə asfaltla ilişmə azaldı.

Ötmələrimdən həzz aldım. Bütün hücumlar limitdə idi. Hamısında risk almalı olurdum. Burada öndəki sürücünü izləmək çox çətin idi. Əlimdən gələni etdim.

Startda Nikita ilə olan mübarizədə yarışım lap çətinə düşdü, çünki təkərlərimi blokladım və təkərdə yanıq hissə əmələ gəldi. Çox gec yön dəyişdirdi və ondan qaçmaq üçün təkərləri blokladım. Pitə girib, yenidən başlamalı oldum və buna görə 6-cı yeri itirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*