F.Massa: Ferstappen 24 saat yarışar

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Maks Ferstappendən olsa, günün 24 saatı yarışar.

F-1.az xatırladır ki, niderlandlı sürücü son iki mövsümdə 25 qələbə qazanıb və iki Dünya Çempionluğu qazanıb. O, bu il də beş yarışdan üçündə qalib gəlib və hazırda ən yaxın rəqibi olan Serxio Peresi 14 xal qabaqlayır.

Felipe Massa: “Komandadaxilində sözü çox keçir. Hamı onu izləyir və onun ətrafında toplaşıblar. Aerodinamik boruda olan limitlərin onları geriyə salacağını düşünmürəm.

Ancaq Ferstappenin qazanan sürücü olmasında başqa səbəblər də var. Diqqətini dağıtmadan ancaq yarışa köklənir. Əgər bacarsa, günün 24 saatı simulyatorda və trasda olar”.

Qeyd edək ki, Red Bull komandası 2021-ci ildə büdcə limitini aşdığı üçün aerodinamik boruda 30 faiz az işləmək cəzası alıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*