F.Alonso tətilə çıxmayacaq

Fernando Alonso bildirib ki, McLaren Honda qələbə uğrunda mübarizə verənə qədər tətilə getməyəcək...

F-1.az xatırladır ki, Alonso McLaren-ə transfer olunduqdan sonra podiuma çıxa bilməyib. Amma buna baxmayaraq, ispaniyalı bildirib ki, komandasına bağlıdır və inkişaf edəcəklərinə inanır: “Zavodda hamı tam gücü ilə işləyir. Onların bu qədər işlədiyi bir vaxtda tətilə getməyi düzgün saymıram. Mən də digərləri kimi bolidi inkişaf etdirmək üçün əlimdən gələni edəcəm. Nəticələrdən razı deyilik. Keçənilkinə nisbətən daha güclüyük. Amma hədəflədiyimiz uğurları qazanmaq üçün heç kim işinin başından ayrılmamalıdır”.

Alonso bildirib ki, Batton komanda üçün çox dəyərlidir: “Batton xüsusi sürücüdür. Özünü işinə həsr edib. Onun komandada olması bizə kömək edir. Ümid edirəm ki, McLaren Honda-nı qabağa aparmağa davam edərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*