23 Avqust 2019, Cümə - 13:08

F.Massa: “ABŞ-da atmosfer gözəldir”

F.Massa: “ABŞ-da atmosfer gözəldir”

Müəllif: Rauf Hacıyev, redaktor

01:12 - 21 Oktyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Amerikada yarışmaqdan həzz alır.

F-1.az xatırladır ki, komandası ilə yeni müqavilə bağlamaq istəyən braziliyalı sürücü Amerikada özünü yaxşı tərəfdən göstərmək istəyir.

Felipe Massa: “Ostin yeni traslar arasında ən gözəl atmosferə sahib olanlardan biridir. Suzuka və Spa kimi klassik trasları sevsəm də, bura da gözəldir. Şəhər kimi də bura mənə həzz verir. İnsanlar da bizlə yaxşı davranırlar və buraya gəlmək məni sevindirir. Atmosfer gözəldir və trasa çıxdığımız ilk andan azarkeşlərin dəstəyini yaxından hiss edirik. Bunu hər trasda yaşamaq mümkün olmur. Texasda əylənib gözəl yarış keçirmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 414
Teqlər , , ,
Paylaş

logo