F.Massa özünü qəribə hiss edib

Keçən ilin sonunda təqaüdə çıxmış Felipe Massa idmana qayıtdıqdan sonra özünü qəribə hiss edib.

F-1.az xatırladır ki, braziliyalı keçən ilin sentyabrında təqaüdə çıxacağını açıqlamış və mövsümün sonunda karyerasını bitirmişdi. Amma Rosberqin gözlənilməz istefasından sonra Bottas Mercedes-ə transfer olunmuş və Williams komandası Massanı geri qaytarmalı olmuşdu.

Felipe Massa: “Sözün açığı özümü qəribə hiss edirəm. Son iki yarışda hamı ilə sağollaşaraq ayrılmışdım, amma indi yenidən yarışacam. Valtteri getdikdən sonra komandadan mənə zəng gəldi və mənə ehtiyacları olduğunu dedilər. Çox təəccübləndim və düşünmək üçün vaxt istədim. Ətrafımdakı insanlar bu təklifi yaxşı qarşıladılar və qayıtmağım üçün dəstək verdilər. Mən də onların xahişini geri çevirmədim. Onsuz da yarışmaq istəyirdim və mənim üçün asan qərar oldu. Yarışmağı və mübarizə aparmağı çox sevirəm. Bu şansı təkrar ələ keçirdim və dəyərləndirməli idim. Heç kim “yox, geri qayıtma” demədi. Ümid edirəm ki, yeni mövsümdə güclü bolidimiz olar və gözəl mövsüm keçirdərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*