F-1.az xatırladır ki, Malayziyada cümə günü xəstələnən Peres sıralanma turunda 9-cu olsa da, yarışda mükəmməl performans göstərərək, 6-cı olub.
Serxio Peres: “Karyeramdakı ən çətin yarışı geridə qoydum. Bir ara yarışı dayandırmaq istədim. Xüsusən də, həkimlərə təşəkkür edirəm. Məni bu yarışa hazırlamaqları çox önəmli idi və onlar gözəl iş görərək, bu nəticəni almağıma kömək etdilər. Yaxşı start alsam da, Stoffel məni qabaqladı, amma sonra onu keçə bildim və rahatlıqla finişə çatdım. Komandama vacib xallar qazandırdığım üçün sevincliyəm. Yaponiya Qran Prisinə qədər sağalıb yaxşı performans göstərməyə çalışacam”.