Meksika-2016: İkinci sərbəst yürüşlər

Nahardan sonra hava qızıb və sərbəst yürüşləri izləməyə xeyli tamaşaçı gəlib. Onlar xüsusilə stadion ərazisindəki tribunada çoxluq təşkil ediblər. Meksikadakı sərbəst yürüşləri izləyən tamaşaçıların sayı bəzi ölkələrdəki yarışları izləyənlərin sayından daha çox olub.

F-1.az bildirir ki, Red Bull Ferstappenin bolidinin əyləclərindəki problemi həll etdiyi üçün gənc sürücü digər sürücülər kimi ilk dəqiqələrdən trasa üz tutub. Qrojan isinmə dövrəsini başa vurub boksa qayıdıb – onun bolidində ERS problemi olub və bu problemin aradan qaldırılması bir saat vaxt alıb. Fernando Alonso 25 dövrə vurduqdan sonra bolidində yaranan problemə görə sessiyanı vaxtından əvvəl başa vurub. Sessiyanın sonunda isə Daniil Kvyatın bolidi motorun güc itirməsinə görə pit yolunda qalıb.

Komandalar sazlanmaları tapmaq və hər üç təkər tərkibinin necə işlədiyini yoxlamaq istiqamətində çalışıblar.

Sebastyan Fettel SuperSoft-la sessiyanın əvvəlində vurduğu dövrə ilə protokollara başçılıq edib – 1:19.790. Sabah məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:19.790 47
2 44 Lyuis Həmilton Mercedes AMG 1:19.794 + 0:00.004 37
3 6 Niko Rosberq Mercedes AMG 1:20.225 + 0:00.435 46
4 7 Kimi Rəykkönen Ferrari 1:20.259 + 0:00.469 37
5 3 Daniel Rikkardo Red Bull 1:20.448 + 0:00.658 43
6 27 Niko Hülkenberq Force İndia 1:20.574 + 0:00.784 43
7 33 Maks Ferstappen Red Bull 1:20.619 + 0:00.829 42
8 77 Valtteri Bottas Williams 1:20.629 + 0:00.839 41
9 55 Karlos Sayns Toro Rosso 1:20.974 + 0:01.184 46
10 14 Fernando Alonso McLaren 1:21.003 + 0:01.213 25
11 26 Daniil Kvyat Toro Rosso 1:21.193 + 0:01.403 39
12 22 Censon Batton McLaren 1:21.198 + 0:01.408 39
13 19 Felipe Massa Williams 1:21.326 + 0:01.536 45
14 20 Kevin Maqnussen Renault 1:21.442 + 0:01.652 39
15 11 Serxio Peres Force İndia 1:21.579 + 0:01.789 41
16 30 Colion Palmer Renault 1:21.785 + 0:01.995 44
17 94 Paskal Verlyayn Manor 1:21.980 + 0:02.190 42
18 9 Markus Eriksson Sauber 1:21.997 + 0:02.207 42
19 12 Felipe Nasr Sauber 1:22.037 + 0:02.247 43
20 8 Roman Qrojan Haas 1:22.105 + 0:02.315 14
21 31 Esteban Okon Manor 1:22.298 + 0:02.508 44
22 21 Esteban Qutyerres Haas 1:22.408 + 0:02.618 33
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*