C.Batton: “Xal qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik”

F-1.az xəbər verir ki, yarışa 13-cü yerdən başlayıb finişdə 12-ci olan McLaren Honda-nın britaniyalı sürücüsü mümkün olan hər şeyi etdiyini bildirib.

Censon Batton: “Yarışda bir pit-stop etdim. Bütün sürücülərin problemi ötmələr edə bilməmək idi. Arxada çox vaxt itirdim. Sonra Kevin, Fernando, Carlos və Colionu keçdim. Önüm açıq olanda maşın yaxşı təsir bağışlayırdı. Əlimdən gələn hər şeyi etdiyimi düşünürəm.

Bəzi qəribə mübarizələr oldu, amma Meksikada ötmələr etmək, həqiqətən də, çox çətindir. Bəlkə də Fernando ilə eyni strategiyadan istifdadə edə bilərdik, amma riskə getmək istədik. Xal qazanmaq üçün hər şeyi etdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*