L.Həmilton: “Batton üçün darıxacayıq”

Lyuis 3 il komanda yoldaşı olmuş Censon Batton barədə xoş sözlər deyib.

F-1.az xəbər verir ki, gələn il yarışmamaq qərarını verən Battondan bəhs edən Həmilton Formula1-də qazandığı nailiyyətlər üçün ona hörmət bəslədiyini bildirib.

Lyuis Həmilton: “Censon möhtəşəm pilotdur. Formula1-ə rəng qatıb və bu idman üçün çox lazımlı biridir. Evdə oturub onun yarışlarına baxdığım vaxtları xatırlayıram – hələ məktəbli idim və bir gün onunla yarışacağıma ümid edirdim. İndi ikimiz də buradayıq və bu, izaholunmaz bir hissdir.

Gələn il onun üçün darıxacayıq. Amma hamımız bir gün buranı tərk edəcəyik və bizi başqaları əvəz edəcək. Batton daha böyük, daha yaxşı məqsədlər üçün həyatına davam edəcək…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*