M.Həkkinen: Həmiltonla Ferstappen qəza edə bilərdilər

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen bildirib ki, Ferstappenlə Həmiltonun mübarizəsini özünün Şumaxerlə olan mübarizəsinə oxşadır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 198-2000-ci illərdə Şumaxerlə çempionluq uğrunda mübarizə aparmışdı. Bu mövsümün isə ilk iki yarışında azarkeşlər Həmiltonla Ferstappen arasında mübarizənin şahidi olublar.

Mika Həkkinen: “Maks ilk döngədə təkər-təkərə mübarizə apararaq, qələbə qazandı və bu, təəccüblü deyildi. Bu, gərgin mübarizə idi. Qəza edə bilərdilər, ancaq kiçik təmas yaşasalar da, doğru qərarlar verdilər. Lyuisin bolidi xırda zədə aldı və buna görə bəxtəvərdir. Lakin bu iki sürücü indidən yaxın mübarizə aparırlar və qabaqda yarışlar çoxdur. İnsanlar bu cütlüklə məni və Şumaxeri müqayisə edirlər. Təəccüblənmədim. Bir-birinə yaxın iki bolid və qazanmaq istəyən iki sürücü…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*