McLaren C.Əllisonla maraqlanır?

Həyat yoldaşını itirdikdən sonra İngiltərədə yaşayan uşaqları ilə daha çox vaxt keçirmək istədiyini əsas gətirərək Ferrari-dən ayrılan Ceyms Əllisonun növbəti iş yeri McLaren ola bilər.

F-1.az xəbər verir ki, dünən Ferrari-dən ayrılan Ceyms Əllisonun gələcək karyerası barədə şayiələr artıq başlayıb.

Auto Motor und Sport-un iddiasına görə, McLaren Əllisonla maraqlanır. Jurnalist Mixael Şmidt yazıb: “Ceymsin İngiltərəyə qayıtmaq istəyi Ferrari-dən ayrılmasının səbəblərindən biri oldu. Lakin Markionne və Əllison yola getmirdilər. Çünki Əllison 25 illik təcrübəsinə arxalanaraq öz fikirlərini açıqca dilə gətirir, qarşısına qoyulan reallıqdan uzaq hədəflərə çatmaq üçün çalışmağı rədd edirdi”.

Ferrari Əllisonun yerinə Mattia Binottonu gətirib. Mixael Şmidt isə bunun müvəqqəti həll yolu olduğunu düşünür. O, həm də Ferrari-nin Ross Braunla ciddi danışıqlar apardığını qeyd edib.

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*