İndyCar Alonsonu gözləyir

İndyCar seriyasının rəhbəri Mark Mayls Fernando Alonsonu öz seriyasında görmək istəyir.

F-1.az bildirir ki, ispaniyalı sürücü bu gün karyerasını bitirdiyini açıqlayıb və əksəriyyət onun İndyCar-da yarışacağını güman edir. Xatırladaq ki, ikiqat Dünya Çempionu keçən il İndy500 yarışında çıxış etmişdi.

Qeyd edək ki. McLaren komandası da 2019-cu ildə İndyCar seriyasına qatılmaq üçün əlindən gələni edir.

Mark Mayls: “Bu açıqlamadan sonra Alonsonun İndyCar-da yarışmasını istəyən azarkeşlərin həyəcanı artdı. McLaren bütün lazımi prosesləri tamamlamaq üçün çalışır və biz onu dəstəkləyirik. İlin sonuna qədər bunu həll etmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*