E.Fittipaldi: Alonso Monakoda qazana bilər

Formula1 üzrə ikiqat Dünya Çempionu olmuş Emerson Fittipaldi düşünür ki, Alonso Monakoda qazana bilər.

F-1.az xatırladır ki, Aston Martin mövsümə yaxşı başlayıb və Alonso ilə ilk 3 yarışda podiuma yüksəlib.

Emerson Fittipaldi: “Red Bull Racing aşkar üstün olsa da, ilk 3 yarışdan həzz aldım, çünki komandaların templəri yaxındır.

Çempionatın ən böyük sürprizi Aston Martin-dir. Fernando Alonso maşından maksimumu ala bilən sürücüdür. Ardıcıl 3 podium təsadüfi deyil. Bu il sürətli olacaq və sürprizlərə imza atacaq. Fernandoda mükəmməl pilotda nə lazımdırsa, var. Anadangəlmə istedadı var və fiziki, zehni cəhətdən güclüdür. İşini də çox sevir.

Amerikada yarışanda son qələbəmi 47 yaşımda qazanmışdım. Alonso da o yaşda yüksək səviyyədə sürə bilər. Qələbəyə acdır, qərarlıdır, əzmlidir və güclü xarakteri var. Son illərdə güclü maşını olmadığı üçün qazana bilmədi.

Məncə, builki Monako yarışının ən böyük favoritlərdən olacaq. Monakoda sürət üstünlüyü aradan qalxır və hər şey baş verə bilər. Orada sıralanma turunda mübarizə olacaq, çünki poul çox vacibdir. Fernando da qalib gəlməyə çalışacaq. Onun iki rəqibi var: Ferstappen və Peres, amma Alonsonun bəxti gətirsə, qazana bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*