S.Fettel: “Alonso özünü Ferrari heyranı kimi aparmadı”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Alonso özünü Ferrari tərəfdarı kimi aparmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Daniel Rikkardo ilə podium uğrunda mübarizə apararkən, Alonso Red Bull sürücüsünü önə buraxmış, amma Fetteli ləngitmişdi.

Sebastyan Fettel: “Arxasında iki bolidin olduğunu gördü və ortada qalmağa qərar verdi. Ferrari-dən ayrılanda demişdi ki, həmişə “qırmızılar”ın heyranı olacaq, amma yarışda elə davranmadı.

Yarışa yaxşı start verdim və ilk döngədə Toro Rosso ilə təmas yaşaya bilərdim. Bəxtim gətirdi ki, heç nə olmadı. Ön qanadım xəsarət ala bilərdi. Önümdəki sürücülər DRS-dən istifadə edirdi. Buna görə də onları izləyib doğru zamanda hücum etməli idim.

Rikkardoya çatmaq üçün əlimdən gələni etdim və onu keçə bilərdim. Ona çatanda təkərlərin yeyiləcəyini bilirdim, amma düşünürdüm ki, bacara bilərəm.

Alonsonun arxasında çox vaxt itirdim və daha sonra yenidən Rikkardoya çatmalı idim. Bunu etdim, amma bolidi finişə çatdırmalı idim.

Kimi burada sürətli idi və start ala bilməməsi pis oldu. Sıralanma turundakı problemə bənzəyirdi, amma yaşadığımız problemlər ideal deyildi. Etibarlılıq cəhətdən güclüyük. Görək necə olacaq. Bu həftəki problemləri həll etməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*