S.Fettel: “Hər yarış inkişaf etməliyik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, çempion olmaq üçün hər yarış inkişaf etməlidirlər.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm 3 yarışda iki qələbə qazanıb. Amma italyanlar keçən mövsümə yaxşı başlasalar da, inkişaf yarışında geri qala bilərlər.

Sebastyan Fettel: “İlk gündən etibarən özümüzü xoşbəxt hiss edirdik. Barselonadakı testlərdə bolidin yaxşı olduğunu bilirdik və şikayət edəsi heç nə yox idi. O gündən bəri inkişaf etməyə davam edirik və bu tempi davam etdirməliyik. Üç yarışdan ikisini qazandıq və bu çox pozitiv haldır. Amma növbədə çox yarış var və inkişaf etməli olduğumuz sahələr var. Yerimizi qorumalıyıq və görək sonra nə olacaq. Hazırkı vəziyyətimizdən razıyıq. Xüsusən də, yarış tempimiz güclüdür. Üç yarışda da Mercedes-ə rəqib ola bilmişik. Üç bazar gününün ikisində üstün tərəf biz idik. Bu mükəmməldir. Amma hər yarış inkişaf etməliyik. Mən və komandam buna fokuslanmışıq.

Soçi trası Mercedes komandası üçün daha əlverişlidir, amma bolidimiz keçən il bəzi döngələrdə güclü idi. Onsuz da bolidin genetikası demək olar ki, eyni qalıb. Düzdür, reqlament dəyişəndən sonra fətqlər əmələ gəlib.

Pit-stop sayının azalması strategiya ilə önə keçmək şansımızı azaldır. Əvvəlki yarışlarda burada aşınma az olardı, lakin traslar hər il dəyişirlər, çünki asfaltın səthi dəyişir. Görək cümə günü nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*