E.Bulye: “McLaren-i idarə etmək çətindir”

McLaren Honda komandasının rəhbəri Erik Bulye zəif təsir bağışladıqları 2 ildən sonra komandanın əsl gücünü göstərməyə hazır olduğunu düşünür...

F-1.az xatırladır ki, Honda mühərrikləri ilə mübarizə aparan komanda 2015-ci ildə cəmi 27 xal toplamış və 9-cu yeri tutmuşdu.

Erik Bulye: “Censon və Fernando kimi iki çempiona sahibik. Digər çempionlar kimi onlar da ancaq qələbə barədə düşünürlər. Onlar istədiklərini əldə edənə qədər komandanı təzyiq altında saxlayacaqlar. Bu vəziyyətdə komandanı idarə etmək çətindir.

Əgər pilotlara hadisələrin necə inkişaf edəcəyini izah edə bilirsinizsə və özünüz hansı işləri görməli olduğunuzdan xəbərdarsınızsa, onların etibarını qazanırsınız. Red Bull şirkəti Jaguar komandasını aldıqdan sonra düzgün istiqamətdə aparılmış işlər öz bəhrəsini 5-ci ildə verdi. Bu şeyləri unutmamalıyıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*