F.Alonso: “Digərlərinin davamçılarım olmalarına əmin deyiləm”

Yanvarın 27-də Daytonada ilk yarışına çıxmağa hazırlaşan Fernando Alonso bildirib ki, digər Formula1 sürücülərinin onun yolunu davam etmələri inandırıcı deyil.

F-1.az xatırladır ki, Daytonada Alonsodan başqa Formula1 sürücülərindən təkcə Stroll iştirak edəcək.

Fernando Alonso: “Sözün açığı, digər sürücülərin başqa seriyalarda yarışacaqlarına inanmıram. Burada təkcə Stroll mənimlə idi. O da Kanadada bu yarış sevildiyi üçün gəlib. Avropalı sürücülər ümumilikdə diqqətlərini bir yerə fokuslayıb orada uğur qazanmaq istəyirlər. Komandalar və sürücülər artıq daha təcrübəlidirlər. Davamlı simulyatorda və testlərdə olmalıdırlar. Bu da vaxt itkisidir.

Mən buna nail oldum, çünki Zek və McLaren komandası bu barədə fərqli düşünürlər. Sözün açığı, buna görə xoşbəxtəm. Xəyalım fərqli seriyalarda qalib gəlməkdir və bunu bacarmaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*