21 Sentyabr 2019, Şənbə - 07:51

M.Ferstappen: “Hər yarış artırıram”

M.Ferstappen: “Hər yarış artırıram”

Müəllif: Rauf Hacıyev, redaktor

03:14 - 24 Mart, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hər yarış özünü daha da rahat hiss edir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2016-cı ilin Barselona yarışından əvvəl Toro Rosso-dan Red Bull komandasına transfer olunmuş və avstriyalıların heyətində ilk yarışda qələbə qazanmışdı. Beləliklə, 19 yaşlı sürücü “Qələbə qazanan ən gənc sürücü” statusunu ələ keçirmişdi.

Maks Ferstappen: “Bəli. Bolidlər son illərdəkinə nisbətən fərqli görünür, amma mən yeni dizaynları çox sevdim. Məncə, peletondakı ən gözəl bolid bizimkidir. Hər yarış özümü daha rahat hiss edirəm. Buna görə də, yarışlar keçdikcə, performansım da artır. Bu inkişafı cari mövsümdə də davam etdirmək istəyirəm. İlk yarışı qazanmaq mənim üçün ən gözəl ssenari olardı, amma bu mümkün deyil. Əlimdən gələni etməyə çalışacam. 3-5-ci yerləri tutsam, xoşbəxt ola bilərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 554
Teqlər , , ,
Paylaş

logo