Rəsmən: Avstraliya 2035-ci ilə qədər idmanda qalacaq

Avstraliya Qran Prisi yeni müqaviləyə görə 2035-ci ilə qədər Formula1-i qəbul edəcək.

F-1.az xatırladır ki, Avstraliyanın onsuz da 2025-ci ilə qədər müqaviləsi var idi. tərəflər müqaviləni əlavə olaraq 10 il uzadıblar. Formula1 təqviminə girmək istəyən ölkə çox olduğu üçün əksər yarışlar yerlərini qorumaq üçün belə addımlar atırlar.

Yeni müqaviləyə görə tras rəhbərliyi trasda bəzi yeniliklər edəcək: “Son iki ildə təşkilatçəlar trası yaxşılaşdırmaq üçün sərmayə qoyub. Növbəti illərdə paddok və pit sahəsi olmaqla digər hissələr də təkmilləşdiriləcək”.

Bundan başqa gələn ildən etibarən Melburnda Formula2 və Formula3 yarışları da keçiriləcək. Keçmişdə səyahət xərclərinə görə köməkçi yarışlar Avstraliyada baş tutmurdu.

Stefano Domenikali: “Bu yarış həmişə komandaların, sürücülərin və azarkeşlərin favoriti olub. Melburn idmanımıza uyğun olan, beynəlxalq şəhərdir. Builki yarışda da istəkli azarkeşlər gördük. İdmanımız böyüyür və Avstraliyadakı gələcək üçün həyəcanlıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*