B.Laynder: “Həmilton mövsümün əvvəlində işinə fokuslanmırdı”

Sabiq Formula1 sürücüsü Bas Laynder bildirib ki, Həmilton mövsümün əvvəlində başqa şeylərlə məşğul olduğu üçün Formula1-ə fokuslana bilməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk 5 yarışında qalib gələ bilməmiş, əvəzində isə Rosberq ilk 4 yarışı qazanaraq, komanda yoldaşına qarşı böyük üstünlük qurmuşdu.

Bas Laynder: “Rosberq çempion olsa, çox adam deyəcək ki, Həmiltonun bəxti gətirmədi və buna görə çempion oldu. Amma mən vəziyyətin belə olduğuna inanmıram. Niko ilin əvvəlindən bəri stabil nəticələr alır və hazırda olduğu yerə layiqdir. Amma Həmiltonun yaşadığı mexaniki problemləri də qəbul etməliyik. İki sürücü də yaxşı mübarizə apardı, amma Niko işinə daha yaxşı fokuslanıb.

Mövsümün ən uğurlu sürücüsü Lyuis Həmilton deyil. Məncə, bu ilin ən uğurlusu Maks Ferstappendir. Əgər ona güclü bolid verilsə, çempion olacağına əminəm”.

Qeyd edək ki, Rosberq bugünkü yarışa 12 xallıq üstünlüklə başlayacaq və yarışı podiumda bitirəcəyi halda, Dünya Çempionluğunu rəsmiləşdirəcək.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*