S.Perez: Vahid dövrədə zəifəm

Red Bull komandasının sürücüsü Serxio Peres vahid dövrə performansından narazıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü cümə gününü komanda yoldaşı Ferstappendən 0.6 saniyə geridə qalaraq, 10-cu yerdə bağlayıb.

Serxio Peres: “İlk yarış həftəsinin başlaması əladır və hələlik hər şeydən razıyam. Yavaş-yavaş bolidə öyrəşirəm və təkmilləşirəm. Lakin vahid dövrədə öz üzərimdə işləməliyəm, çünki bu sahədə zəifəm. Ancaq yarış tempində özümü yaxşı hiss edirəm. Məncə, Soft təkərlərlə işləməyi öyrənməliyik. Ümumilikdə isə bolidimiz yaxşı performans göstərir. Tempimiz yaxşıdır və sıralanma turu yaxın keçəcək. Mövsümə yaxşı başlamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*