C.Rassell: Mercedes düzgün qərar verdi

Mercedes komandasının sürücüsü Corc Rassell düşünür ki, Almaniya təmsilçisi onu vaxtında komandaya gətirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2019-cu ildə Williams komandası ilə debüt etmiş və üç mövsüm orada yarışmışdı.

Corc Rassell: “Mercedes-də daha əvvəl yarışmaq istəyərdim, amma keçmişə baxsaq, zamanlamanın mükəmməl olduğunu düşünürəm. Bu il komanda dəyişmək üçün ən doğru zaman idi, çünki hər şey sıfırdan başlayır.

Bu ilə yeni komandaya keçid mərhələsi kimi baxmıram. Elə bil ki, uzun illərdir buradayam. İndi fikir verirəm, 2017-ci ildən bəri hər mövsüm ən az bir Mercedes sürmüşəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*