25 Avqust 2019, Bazar - 07:36

Bukmeykerlər Həmiltonu əsas favorit esab edirlər

Bukmeykerlər Həmiltonu əsas favorit esab edirlər

Müəllif: Elçin Zodorov, redaktor

12:16 - 29 Yanvar, 2017

Britaniyanın nüfuzlu William Hill idarəsinin bukmeykerləri bu mövsüm həm sürücülərin, həm də Mühəndislər Kubokunun qalibi üçün pul qoyuluşları elan ediblər.

F-1.az az xəbər verir ki, onların fikrincə, titula ən real namizəd Lyuis Həmiltondur. Lakin onun əmsalı keçənilki ilə müqayisədə yüksəkdir. Valtteri Bottasın əmsalı isə Niko Rosberqin keçənilki əmsalı ilə eynidir – xatırladaq ki, alman sürücü sonda titul əldə etmişdi…

SürücüƏmsal
Lyuis Həmilton2.25
Valtteri Bottas3.75
Maks Ferstappen4.33
Daniel Rikkardo5.50
Sebastyan Fettel17.00
Fernando Alonso34.00
Kimi Rəykkönen51.00
Stoffel Vandorn101.00
Karlos Sayns, Felipe Massa201.00
Niko Hülkenberq251.00
Roman Qrojan301.00
Colion Palmer, Kevin Maqnussen401.00
Paskal Verlyayn, Daniil Kvyat, Esteban Okon, Serxio Peres, Ləns Stroll501.00
Markus Eriksson1001.00

 

Mühəndislər Kubokunda əmsallara əsasən, ilk üçlük keçənilki yekun nəticələrə uyğundur, lakin bu dəfə McLaren şanslı dördüncü komanda kimi göstərilib.

Maraqlıdır ki, çempionatda iştirakı sual altında olan, hətta inandırıcı görünməyən Manor-un şansları Sauber-dən yüksək qiymətləndirilib…

KomandaƏmsal
Mercedes AMG1.67
Red Bull2.50
Ferrari9.00
McLaren17.00
Renault67.00
Force İndia, Haas, Toro Rosso251.00
Williams401.00
Manor2001.00
Sauber2501.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 419
Teqlər , , ,
Paylaş

logo