S.Peres: “Okon Force İndia üçün doğru seçimdir”

Serxio Peres inanır ki, komanda Esteban Okonu transfer etməkdə doğru addım atıb.

F-1.az xatırladır ki, Okon gələn il Hülkenberqi əvəz edəcək və Force İndia-nın inkişafına öz töhfəsini verməyə çalışacaq.

Serxio Peres: “Onun barəsində yaxşı sözlər eşitmişəm. Məncə, komanda üçün ən yaxşı seçim oldu və buna görə sevincliyəm. Mühəndislər də buna görə sevinclidirlər. Komanda ilə birlikdə bizi inkişaf etdirəcəyinə əminəm. Onun barədə yeni şeylər öyrənmək üçün səbirsizlənirəm.

Şəxsiyyətini sevirəm. Komanda ilə ünsiyyət qurma forması, verdiyi geribildirimlər və işləmək tərzinə görə yola gediləsi adama oxşayır. Komanda onu həyəcanla gözləyir”.

Peres Okonu debütant sürücü kimi qəbul etmir: “Komanda ilə işləmək barədə çox təcrübəlidir. Mercedes-də və Manor-da işlədi. İndi də Force İndia-da işləyəcək. Onun debütant olduğunu düşünmürəm. Təcrübəlidir və fərqli komandalarla işləyib. Bu, ona kömək edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*