Britaniya-2016: Birinci sərbəst yürüşlər

Bu gün səhər tezdən avtodromu buludlar əhatəyə alsalar da, sessiya zamanı yağış yağmayıb. Komandalar adi proqramları üzrə işləyiblər.

F-1.az xəbər verir ki, iki komandada müvəqqəti dəyişiklik edilib – Ferrari Sürücü Akademiyasının dinləyicisi Şarl Lekler Haas komandasında Esteban Qutyerresi əvəz edib, Esteban Okon isə Renault maşınının sükanı arxasına əyləşib.

Sessiyanın əvvəlində Sebastyan Fettel sürücünün başını müdafiə etmək üçün nəzərdə tutulan Halo sisteminin yeni versiyasını test edib – almaniyalı sürücü boksdan çıxıb və boksa qayıdıb, komanda rəhbərləri və Çarli Uaytinq bu qısa dövrəni diqqətlə izləyiblər, çünki sabah onlar yeni sistemin üstünlükləri və əskikləri barədə müzakirə edəcəklər. Kiçik fasilədən sonra almaniyalı sürücü trasa adi maşınla qayıdıb və işinə davam edib.

Bir çox komandalar asfalta yatma qüvvəsi və sürət arasında balans axtarışında aerodinamik konfiqurasiya ilə eksperimentlər ediblər – hətta mövsümün ilk yarışından yenilik hazırlamayan Sauber komandası Silverstouna yeni arxa antiqanadla gəlib.

Ciddi insident yaşanmayıb. Lekler bir neçə dəfə trasdan çıxsa da, sağ-salamat trasa qayıda bilib. Sessiyanın sonunda isə Fettelin maşınında ötürmələr qutusunda problemlər üzə çıxıb, amma Sebastyan boksa qayıda bilib.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:31.654, britaniyalı sürücü keçənilki pouldan yarım saniyə sürətli olub. Ən böyük məsafəni isə Valtteri Bottas qət edib – 38 dövrə. Nahardan sonra məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:31.654 30
2 6 Niko Rosberq Mercedes AMG 1:31.687 + 0:00.033 34
3 27 Niko Hülkenberq Force İndia 1:32.492 + 0:00.838 30
4 5 Sebastyan Fettel Ferrari 1:32.501 + 0:00.847 20
5 3 Daniel Rikkardo Red Bull 1:32.773 + 0:01.119 30
6 7 Kimi Rəykkönen Ferrari 1:33.039 + 0:01.385 28
7 33 Maks Ferstappen Red Bull 1:33.202 + 0:01.548 22
8 11 Serxio Peres Force İndia 1:33.235 + 0:01.581 30
9 55 Karlos Sayns Toro Rosso 1:33.446 + 0:01.792 19
10 14 Fernando Alonso McLaren 1:33.527 + 0:01.873 22
11 26 Daniil Kvyat Toro Rosso 1:33.738 + 0:02.084 20
12 22 Censon Batton McLaren 1:34.132 + 0:02.478 24
13 77 Valtteri Bottas Williams 1:34.263 + 0:02.609 38
14 19 Felipe Massa Williams 1:34.456 + 0:02.802 34
15 8 Roman Qrojan Haas 1:34.547 + 0:02.893 24
16 30 Colion Palmer Renault 1:34.787 + 0:03.133 29
17 12 Felipe Nasr Sauber 1:34.805 + 0:03.151 21
18 50 Şarl Lekler Haas 1:35.869 + 0:04.215 26
19 45 Esteban Okon Renault 1:35.980 + 0:04.326 31
20 9 Markus Eriksson Sauber 1:36.003 + 0:04.349 19
21 94 Paskal Verlyayn Manor 1:36.136 + 0:04.482 25
22 88 Rio Haryanto Manor 1:36.647 + 0:04.993 29
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*