AlphaTauri Aston Martini rəqib saymır

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, hazırda Aston Martin-ə rəqib deyillər.

F-1.az xatırladır ki, İtaliya komandası qış testlərində özünü yaxşı tərəfdən göstərmişdi. Lakin mövsümün ilk yarışı olan Bəhreyndə Qasli startda ön qanadını qırdığı üçün bolidin tam potensialını göstərmək mümkün olmayıb.

Frants Tost: “Pyerin Bəhreyndəki sıralanma performansı yaxşı idi. Az qala 4-cü olurdu. Yukiyə sıralanma turunda səhv təkər verdik. Onun Soft təkərlərə ehtiyacı var idi.

Pyer yarışa yaxşı başlasa da, Nikitanın qəzasından sonra trasa girən təhlükəsizlik maşını bizə çox təsir etdi. Medium təkərlər gec qızdığı üçün rəqiblərindən geri qaldı və bir neçə yer itirdi. Üstəlik ön qanadı da zədələndi. Orada artıq yarışı bitmişdi.

Yuki isə məsafə qət etməli idi və bunu bacardı. Doqquzuncu yer yaxşı nəticədir. Hələ yeddinci də ola bilərdi. Pyer problem yaşamasaydı, dördüncü ya da beşinci yeri tutardı. Yəni ki, yaxşı xallardan olduq.

Bu il şassimiz elə də inkişaf etməyib. Əsas addımı Honda motorları hesabına atmışıq. Güclənməyimizin 70 faizi motora görə, 30 faizi şassiyə görədir. Bu il davamlı son sessiyaya qalmağı və yarışda xallar almağı hədəfləyirik. Çempionatda beşliyə düşmək əsas hədəfimizdir.

Aston Martin hazırda rəqibimiz deyil. Amma onlar əvvəlki illərdə mövsüm ərzində inkişaf ediblər və bu il də təkrarlaya bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*