F.Tost: Fettel üçün darıxacam

Alphatauri komandasının rəhbəri frants Tost bildirib ki, Fettel üçün darıxacaqlar.

F-1.az xatırladır ki, almaniyalı sürücü karyerasının ilk illərində Toro Rosso ilə yarışmış və burada frants Tost ilə işləmişdi. Dördqat Dünya Çempionu keçən həftə bildirib ki, mövsümün sonunda karyerasını bitirəcək.

Frants Tost: “Sebastyan BMW Formula-da yarışıb qalib gələrkən diqqət mərkəzimə düşmüşdü. Ondan sonra bir neçə dəfə görüşdük və işinə fokuslanırdı. Gənc sürücü olmasına baxmayaraq, yaxşı suallar verirdi. O vaxt bütün vaxtını avtoidmana ayırırdı. Komandamıza yeni fikirlərlə gəldi. Tələbka ridi və çox sual verirdi. Xırdalıqlara diqqətlə yanaşırdı. Bu da çox vacibdir. Mövsümün əvvəlində bolidimiz zəif olsa da, yüksək əhval-ruhiyyədə idi. O, ətrafındakı komandanı idarə edirdi. Beləliklə, Montsada bizə qələbə gətirdi. Onun üçün darıxacağıq. Şəxsən mən darıxacam. Dörd Dünya Çempionu titulu ilə Şumaxer və Həmiltondan sonra ən böyük sürücülərdən biridir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*