Aston Martin də təqdimat tarixini açıqlayıb

Aston Martin komandası 2021-ci il bolidini martın 3-də təqdim edəcək.

F-1.az xatırladır ki, Aston Martin bu il Racing Point-i əvəz edərək baza komandası kimi idmana qayıdacaq. Britaniyalılar dördqat Dünya Çempionu Sebastyan Fetteli transfer edərək diqqət mərkəzinə düşüblər.

Cognizant-la müqavilə bağlayan və yeni mövsümdə yaşıl rənglə mübarizə aparmağa hazırlaşan Aston Martin yeni bolidini martın 3-də təqdim edəcək. Təqdimat Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Beləliklə, Aston Martin 1960-cı ildən sonra idmana qayıtmış olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*