S.Peres: Başımuca ayrılacam

Racing Point komandasının sürücüsü Serxio Perüs bildirib ki, komanda tapmasa, idmandan başı uca ayrılacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü ilin sonunda Racing Point-dən ayrılacaq, lakin özünə hələ də komanda tapa bilməyib. 30 yaşlı pilotun adı Red Bull-la hallanır.

Serxio Peres: “McLaren-də yarışarkən işlər qaydasında getmədi. Ancaq son 7 ildə bu komanda ilə idmanda idim və get-gedə daha yetişkin sürücü oldum.

Bu il xalım daha çox olmalı idi. Belə qısa çempionatda iki yarışa çıxa bilməmək yaxşı olmadı. Ancaq performansım yaxşı idi.

Başına gələnlər haqsızlıq deyil. Formula1-də belə hadisələr çox olur. Formula1-də 10 mövsüm keçirdim və əla karyeram olduğu üçün sevincliyəm. Başım uca ayrılacacam, çünki əlimdən gələn hər şeyi etdim. Görək indi necə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*