S.Peres: Təkərləri qızdıra bilmədim

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, yağışda təkərləri qızdıra bilmədikləri üçün geridə qalıblar.

F-1.az xatırladır ki, meksikalı sürücü Ştriyadakı sıralanma turunda 17-ci yeri tutub.

Serxio Peres: “Məyusam. Həftəsonu əla başlamışdı, çünki quru havada çox sürətliyik, ancaq yağışlı havada zəiflədik. Təkərləri qızdırmaq üçün hər şey etdim, sonda hər şey qaydasına düşsə də, qırmızı bayraqlar çıxdı və sessiya dayandı.

Yüksəlməkçün hücum etmək çətin olacaq, amma maşınımız güclüdür və əlimizdən gələni edəcəyik. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*