S.Peres: Bolidə görə yerimdə fırlandım

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, boliddəki problemə görə yerində fırlanıb.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışın böyük hissəini 4-cü yerdə aparıb. Amma yarışın sonlarında komanda yoldaşı Ferstappenin mübarizəni dayandırması ilə üçüncü yerə yüksəlib. Bundan sonra onun da motorunda problemlər yaranmağa başlayıb. Lakin Çeko təslim olmayıb və mübarizəni davam etdirib. Amma yarışın son dövrəsində yerində fırlanaraq kənara çəkilməli olub.

Serxio Peres: “Bunun yanacaq pompası problemi olduğunu düşünürük. Son dövrənin ilk döngəsində bolidin arxası tamamilə kilidləndi. Bilirdim ki, yarışın son dövrəsi çətin olacaq. Titrəmə getdikcə böyüyürdü. Düşündük ki, finişə çata bilərik, ancaq alınmadı. Məyusuq, çünki mövsümə yaxşı başlamaq istəyirdik. Bu nəticə bizim üçün vacib idi.

Sona 5-6 dövrə qalmış güc itirməyə başladım. Əsəblərim pozuldu. Buna baxmayaraq tempimiz yaxşıdır. Etribarlılğı artırmalıyıq və Ferrari-yə çatmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*