16 Noyabr 2019, Şənbə - 05:47

N.Hülkenberq: “Honda yük maşını mühərriyi istehsal edib”

N.Hülkenberq: “Honda yük maşını mühərriyi istehsal edib”

Müəllif: Rauf Hacıyev, redaktor

14:13 - 07 İyul, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Honda-nın mühərrrik səsi yük maşınını xatırladır.

F-1.az xatırladır ki, Honda idmana qayıtdıqdan sonra peletonun ən zəif və ən etibarsız mühərriyidir. Yaponların istehsal etdiyi mühərrik, xüsusən də, düzlüklərdə rəqiblərindən çox geridə qalır.

Honda mühərrikləri digərlərinə nisbətən daha bərk səs çıxardığı üçün Hülkenberq onları yük maşını mühərriyinə bənzədib: “Bu gün Ferrari, Mercedes və Red Bull ayrı liqada mübarizə aparırlar. Onlarla arada fərq çoxdur. Honda mühərriyi isə döngələrdə çox səs-küy salır. Elə bil ki, xarab olmuş yük maşınıdır. Finişə çatıb-çatmayacağı müəmmalıdır. Əgər sürücü ayağını qaz pedalından çəksə, birdən səssizlik çökür. Onda heç nə eşitmirsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 094
Teqlər , ,
Paylaş

logo