Rəsmən: S.Vandorn McLaren-dən gedir

McLaren komandası gələn il Stoffel Vandornla yarışmayacağını rəsmən açıqlayıb.

F-1.az xatırladır ki, belçikalı sürücü 2016-cı il Bəhreyndə McLaren-lə bir yarışa çıxmış, 2017-ci ildən bəri isə Britaniya komandasının şərəfini qorumağa başlamışdı. 26 yaşlı sürücü əfsanəvi McLaren komandası ilə 34 yarış keçirib.

Zek Braun: “Komandadakı işlərinə görə Vandorna təşəkkür edirik. Əsl komanda oyunçusu olduğunu göstərdi. Onunla işləmək yaxşı idi. Amma istedadını göstərə bilmədi. İndi isə Fernando və Stoffellə maksimum xal almağa çalışacağıq. Vandorna uğurlar arzu edirəm. Həmişə ona dəstək olacağıq. Gələnilki sürücü heyətimizi vaxtı gələndə açıqlayacağıq”.

Stoffel Vandorn: “McLaren-də keçirdiyim 5 il mükəmməl idi. Gənc sürücü proqramına qoşuldum. Test, ehtiyat və yarış sürücüsü oldum. Gözlədiyimiz uğuru qazana bilmədik. Amma son iki mövsümdə həzz aldım və yaxşı dostlarım oldu. Mənə bu fürsəti verdikləri üçün McLaren komandasına təşəkkür edirəm. Mövsümün sonuna qədər maksimum xal almağa çalışacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*