C.Batton: “Gələcəyimlə bağlı heç nə bilmirəm”

Censon Batton öz ölkəsindəki yarışdan əvvəl bildirib ki, Formula1-dəki gələcəyi ilə bağlı heç nə bilmir...

F-1.az xatırladır ki, Censon Batton aktiv sürücülər arasında ən çox yarış keçirmiş sürücüdür. Amma britaniyalı Silverstounda hələ də podium görməyib və bu hal onu məyus edir: “Deyəsən, Soçi ilə Silverstoun podium görmədiyim iki yarışdır. Bu, kefimi pozur. Düşünürəm ki, karyeramla bağlı yeganə məyusedici an budur”.

Battonun bu il də Britaniyada podiuma çıxması real görünmür. Son vaxtlar mətbuatda Vandornun gələn il Battonu əvəzləyəcəyi yazılır. Batton bu xəbərlərə də münasibət bildirib: “Formula1-də son mövsümümün olub-olmadığını bilmirəm. Amma buna fikir verməyib, yarışlardan həzz almaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*