Rəsmən: Səudiyyə Ərəbistanı gələn il təqvimdə olacaq

Gələn il Səudiyyə Ərəbistanı şəhər tipli trasla Formula1 təqviminə daxil olacaq.

F-1.az bildirir ki, yarış Cidde küçələrində və gecə keçiriləcək. Lakin 2023-cü ildən etibarən yarış Riyad Qiddiyada hazırlacaq stasionar trasda baş tutacaq. Yarış noyabr ayında – Əbu Dabi yarışından bir həftə əvvəl – olacaq.

Səudiyyə Ərəbistanın məşhur şirkəti Aramco bu il Formula1-in əsas tərəfdaşlarından biridir və gələn il daha 3 yarışa titul sponsorluğu edəcək.

Çeyz Keri: “Səudiyyə Ərəbistanı gələn il təqvimdə olacaq və buna görə həyəcanlıyıq. Səudiyyə Ərəbistanı son illərdə böyük idman tədbirləri təşkil edərək, idman və əyləncə mərkəzi oldu. O bölgə bizim üçün çox vacibdir. Orada əhalinin 70 faizi 30 yaşdan cavandır. Orada yeni azarkeşlər yığa bilərik.

Gələn həftə 2021-ci il təqviminin tam versiyasını təqdim edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*