Qiddiya trasında unikal ilk döngə inşa olunur

Səudiyyə Ərəbistanında Qiddiyadakı Speed Park Track avtodromunun tikintisi davam edir.

Sosial şəbəkələrdə yayımlanan təyyarədən çəkilmiş fotolarda səhranın üzərində Blade adlandırılan ilk döngənin ucalan konstruksiyası görünür.

Trasın layihəsi Hermann Tilkenin memarlıq bürosu tərəfindən, Formula1-in sabiq sürücüsü Aleks Vürsün iştirakı ilə hazırlanıb. İlk döngənin konstruksiyası 70 metr hündürlüyə qalxır ki, bu da 20 mərtəbədən çox deməkdir. Qiddiyada özlərinin yarış trası dünyanın ilk elə trası adlandırırlar ki, onun yer səthindən yüksələn və aşağıdan dayağı olmayan hissəsi var.

Dövrənin uzunluğu 7.7 kilometr olacaq, tras 21 döngədən ibarət olacaq, hündürlük fərqi 108 metr təşkil edəcək, hesablanan maksimal sürət isə 325 km/saatı ötəcək.

Tikintinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. Həmin vaxt planlara əsasən, Qiddiya Formula1 təqvimində Ciddə trasını əvəz etməlidir.

,