Emiliya Romanya-2021: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları İmoladakı mövsümün ikinci yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, idarənin əməkdaşları bu yarışda da Həmiltonun qələbə qazanacağına daha çox inanırlar, lakin Ferstappenin şanslarını da ona çox yaxın qiymətləndirirlər. Hər iki sürücünün komanda yoldaşlarının qalib olacağını isə daha az ehtimal edirlər.

Emiliya Romanya Qran Prisində qələbə
Lyuis Həmilton 2.25
Maks Ferstappen 2.37
Serxio Peres 9.00
Valtteri Bottas 9.50
Lando Norris 34.00
Daniel Rikkardo, Şarl Lekler, Karlos Sayns 51.00

 

Həmilton yenə də titula ən yaxın namizəd hesab edilir, lakin bukmeykerlər keçən yarışdan sonra nisbətən ehtiyatlı davranıblar. Son dünya çempionuna verilən əmsal bir qədər yuxarı qaldırılıb, Ferstappenə verilən əmsal isə aşağı endirilib – yəni, şansları daha da yüksək qiymətləndirilib. Digər sürücülərin çempionatda qələbəsi barədə söhbət belə getmir desək, doğru olar.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.73
Maks Ferstappen 2.37
Valtteri Bottas 26.00
Serxio Peres 34.00
Daniel Rikkardo 67.00

 

Mühəndislər Kubokunda da Mercedes-ə inam çox böyükdür, lakin əmsallardakı dəyişiklik yuxarıda qeyd etdiyimiz kimi, burada da olub.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.36
Red Bull 3.00
McLaren 34.00
Ferrari 41.00
AlphaTauri 101.00
Aston Martin 201.00
Alpine 501.00
Alfa Romeo, Haas, Williams 2001.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*