Ş.Lekler: Yarış tempində zəifik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Red Bull yarış tempində başqa liqadadır.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa pouldan başlasa da, yarış ərzində həm Maks Ferstappaeni, həm də Serxio Peresi arxasında saxlaya bilməyərək, üçüncülüyə razı olub və builki ilk podiumunu qazanıb.

Şarl Lekler: “Düzünü desəm, bolidi daha yaxşı hiss edirdim. Ancaq yarış tempində Red Bull başqa səviyyədədir. Yarış tempində bizdən çox öndədirlər. Dünən dediyim kimi deyəsən bizim tapmadığımız bir şeyi tapıblar. Aradakı fərqi necə bağlayacağıq bilmirəm. Belə fərqlə öndə olanda tam templə sürmürsünüz. Amma maşın yaxşı işləyir.

Aston Martin də bu gün çox sürətli idi. Görüləcək işlərimiz çoxdur. Hazırda əsas kökləndiyimiz məsələ yarış tempində daha güclü olmaq və əlimizdən gələni etməkdir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*