R.Braun: “Ferrari-də hər şey dəyişib”

Formula1-in idman direktoru Ross Braun qış testlərində Ferrari-nin işinə heyran qalıb.

F-1.az xatırladır ki, Ferrari qış testlərində gözəl performans göstərsə də, bəzən etibarlılıq problemləri yaşamışdı.

Ross Braun: “Bokslarında bir az vaxt keçirdim. Yaxşı, rahat və yaradıcı aura var idi. Binottonu tanıyıram. Realist davranacaq. O da mənim kimi mühəndisdir. Eyni zamanda emosionaldır. Onsuz da idmanda olmağımızın səbəbi budur. O, çox yaradıcıdır və Ferrari komandasına yeniliklər gətirib.

Mercedes zəif görünürdü, amma həll edəcəklər. Çox güclüdürlər və orada ağıllı insanlar var. İşlərini görəcəklər. Məncə, Ferrari testlərin əvvəlində güclü idi. Amma daha sonra etibarlılıq problemləri üzə çıxdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*