K.Rəykkönen: “Yaxşı strategiyamız var”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turunda işlər istədiyi kimi getməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Fransa Qran Prisinin sıralanma turunda lider Həmiltondan bir saniyə geridə qalaraq, 6-cı olub.

Kimi Rəykkönen: “Son sessiyada güclü idik. İlk cəhdimiz uğurlu idi, amma ondan sonra təmiz dövrə vura bilmədik. Nəticəyə görə məyusuq. Son sessiyaya qədər özümü yaxşı hiss edirdim. Amma sonda işlər istədiyimiz kimi getmədi. İlk cəhdimdə 11-ci döngədə çölə çıxdım və vaxt itirdim. Sonrakı cəhddə isə dövrəmi yaxşılaşdıra bilmədim. Yarış üçün ən yaxşı strategiyanı seçmişik. Gözləyək görək. Əvvəlki yarışlarda fərqli təkərlərlə başlayanlar elə də böyük üstünlük qazanmadılar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*