K.Sayns: Bəxtim gətirmədi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, düzlük sürətini artırmaq üçün asfaltayatma qüvvəsindən imtina ediblər.

F-1.az xatırladır ki, “qırmızılar”ın Bakıda şansları elə də yüksək qiymətləndirilmirdi. Amma Şarl Lekler poul qazanıb, Karlos Sayns isə son cəhdində sürətli gedərkən divara çırpılan Tsunodadan qaçmaq üçün təhlükəsizlik cibinə girdi və bolidin ön qanadı zədələndi. Buna baxmayaraq, ispaniyalı sürücü 5-ci yeri tutub.

Karlos Sayns: “330 km/saat ilə gedirdim və önümdə duman çıxdığını gördüm. Ümid edirdim ki, Tsunoda divara çırpılmayıb. Sadəcə divara çırpılıb. Buna görə də həmişəki yerdə əyləndim. Döngəyə girdikdə isə onun divara çırpıldığını gördüm. Qorxmadım, amma daha sərt əylənərək idarəetməni itirdim. Sözün düzü, boliddə ciddi problem yoxdur. Bəlkə də bəxtim gətirmədi. Buna baxmayaraq beşinci ola bildim.

Düzünü desəm inanılmazdır. Sıralanma turunda ikimiz də uçurduq. Artıq ardıcıl iki yarışdır ki, poul uğrunda mübarizə aparırıq. Məncə, Red Bull düzlüklərdə bizdən sürətlidir, çünki bizim təkərlər tez yeyilir. Lakin poul qazandıq. Mən də qəza etdiyim dövrədə öz nəticəmi 1.5 saniyə yaxşılaşdırmışdım.

Düzlüklərdə sürətli olmaq üçün asfaltayatma qüvvəsindən imtina edirik. Bu da təkər yeyilməsinə təsir edir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*